Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sentyabrda da OPEC qarşısındakı öhdəliyini yerinə yetirib



Newscenter.az.7.10.2020. Bu ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barel olub. Bunun 585 min barelini xam neft, 68,5 min barelini isə kondensat təşkil edib.

Bu barədə Newscenter.az Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, xam neftin 460 min bareli “Azəri-Çıraq-Günəşli”, 125 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı II mərhələsi 1 avqust-31 dekabr tarixlərini əhatə edir.

Sevinc
Xəbəri paylaş