Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Madagizin Suqovuşan adlandırılması barədə qanunu imzaladı



Newscenter.az.7.10.2020. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb.

Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Qeyd edək ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib.
Xəbəri paylaş