Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soydaşlarımız rəsmi Londonu Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb



Newscenter.az.9.10.2020. Böyük Britaniyada yaşayan azərbaycanlı icması ölkənin xarici işlər naziri Dominik Raaba müraciət edib.

Newscenter.az xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin və Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzaladıqları məktublarda britaniyalı nazirə kanadalı həmkarı Fransua-Filip Şampanla hərbi toqquşmaların dayandırılmasına çağıran 6 oktyabr 2020-ci il tarixli birgə bəyanatına görə minnətdarlıq ifadə edilib. Azərbaycan mənşəli britaniyalıların yaşadıqları ölkənin xarici siyasətinin balanslı və müstəqil yanaşmasını yüksək qiymətləndirdiklərini qeyd edən azərbaycanlı icması Fransa prezidenti Emmanuel Makronu dövlətimizin və xalqımızın ünvanına əsassız ittihamlar səsləndirdiyinə görə sərt tənqid edib.

Azərbaycanla Böyük Britaniyanın tarixi əlaqələrə malik olduğunu, müasir dövrdə ölkələrimizin neft-qaz, elm, mədəniyyət və ticarət sahələrində tərəfdaşlıq və əməkdaşlıq etdiyini bildirən soydaşlarımız rəsmi Londonu Azərbaycana münasibətdə ədalətli siyasət yürütməyə, nüfuzundan və diplomatik çəkisindən istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz evlərinə geri qayıtması və Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün dəstək göstərməyə çağırıb.

Mehman
Xəbəri paylaş