Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat ABŞ rəsmilərinə müraciət etdi



Newscenter.az.12.10.2020. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Ədliyyə Departameninin rəhbəri, Baş Prokuror Vilyam Bar, ABŞ Konqresinin Təhlükəsizlik komitəsinin sədri Benni Timpsona, Hüquq Komitəsinin sədri Jerold Nadlerə, Maliyyə Xidmətləri Komitəsinin sədri Maksin Vatersə, Senatın Təhlükəsizlik komitəsinin sədri Ron Jonsona, Hüquq Komitəsinin Sədri Lindsey Qrahama, Xarici Əlaqələr Komitəsinin sədri Jim Risçə, habelə adıçəkilən komitələrin üzvlərinə məktubla müraciət edib.

Newscenter.az deputata istinadən xəbər verir ki, Bəhruz Məhərrəmov müraciətdə bəzi ABŞ vətəndaşlarının terorçu çağırışlar etməsi, terroru maliyyələşdirməsindən narahatlığını ifadə edib:

“ABŞ rəsmilərinin diqqətinə 30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana təcavüzünün davam etməsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması barədə 4 qətnaməsinə Ermənistanın məhəl qoymamasını, Ermənistanın təcavüzkar niyyətlərini davam edərək mülki əhalini hədəfə alaraq, cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutması faktlarını çatdırdım. Həmçinin ABŞ rəsmilərinə ötən gün Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə qadağan edilmiş kaset başlıqlı raketlə hücum nəticəsində 10 nəfərin həyatını itirməsi, aralarında qadın və uşaqlar da olmaqla 30-dan çox insanın yaralanması ilə nəticələnən teroror hadisəsi barədə məlumat verərək erməni əsilli ABŞ vətəndaşı Kimberly Noel Kardaşyanın teroru dəstəkləməsi və maliyyələşdirməsi, Gəncə terrorundan dərhal sonra təcavüzkar silahlı qüvvələrə aid Erməni fonduna 1 milyon dollar ianıə etməsi, Amerika xalqının iradəsinə zidd olaraq ABŞ vətəndaşlarını da uydurma məlumatlarla aldadaraq bu çirkin əməllərə sövq etməsindən narahatlığımı ifadə etdim”.

Anar
Xəbəri paylaş