Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarışısını alır



Newscenter.az.12.10.2020. “Ermənistan xarici işlər naziri Z. Mnatsakanyanın Moskva səfərində humanitar atəşkəsdən sonra Rusiya və Ermənistanın atacağı addımlar və bu ölkəyə hərbi yüklərin göndərilməsi məsələləri müzakirə edilir. Bundan əlavə, Türkiyənin rəsmi danışıqlar formatında olmamasına baxmayaraq Kremllə ciddi danisiqlar aparılır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ankara Rusiyaya Ermənistan qoşunlarının çıxarılmasını və birgə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir:

“Amma, Rusiya və Ermənistan Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinin əleyhinədir. Rusiya rəhbərliyi konkret olaraq Qarabağla məsələləri Lavrovun öhdəsinə buraxıb. S.Lavrov da Ermənistanın mövqeyindən çıxış edir. Ona görə də hələki bu məsələ açıq qalır”.

Partiya rəsmisi deyib ki, Moskvada hər iki nazirin görüşü Azərbaycan və Türkiyənin əleyhinədir:

“Elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə olmasın və Azərbaycana öz şərtlərini diktə etdirsinlər. Bundan əlavə, Paşinyan iqtidarının tam miqyasda Rusiyanın orbitinə qaytarılması tələb edilir. Bu məsələlər Lavrova tapşırılıb. Əgər, Paşinyan Moskvanın tələblərini qəbul etməsə, Azərbaycan atəşkəsə baxmayaraq Ermənistanın hücumlarının qarşısını almaq üçün digər rayonların azad edilməsi əməliyyatına başlamasına Rusiya seyrçi qalacaq. Əgər, Azərbaycan Ağdərə, Zəngilan və tam şəkildə bütün rayon kəndləri əhatə olunmaqla Füzuli və Agdami azad edərsə, Ermənistan kapitulyasiya sülhünə gəlməsə də, Azərbaycanın şərtləri ilə barışacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, çox ciddi danışıqlar gedir:

“Moskva tam cəhdlə sülhməramlı qüvvələri Xankəndinə yerləşdirməyə çalışır. Z.Mnatsakanyan və Lavrov Putinə təsir etmeyə çalışır. Amma, Putin Ankara və Bakı ilə əlaqələri korlamağa getməyəcək. Hazırda Rusiyanın Azərbaycana qarşı müəyyən diplomatik müstəvidə təzyiqləri davam edir. Azərbaycanın şərtlərini qəbul edilməməsinə çalışılır. Azərbaycan hazırda hərbi qələbəsini diplomatik danışıqlara tam keçirə bilmir. Azərbaycan çalışır ki, danışıqlar Minsk qrupu çərçivəsində deyil, Ankara-Moskva və Bakı arasında aparılsın. Bunu prezident İlham Əliyev də müsahibəsində qeyd edib. Hələki bu formatın rəsmiləşdirilməsi alınmır. Əsas maneə S. Lavrovdur”.

Partiya rəsmisi hesab edir ki, Azərbaycana bir neçə gündən sonra Rusiya və Ermənistandan müsbət nəticələr gəlməsə, hücum əməliyyatları davam edəcək:

“İlk növbədə artıq Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır. Türkiyə bazası ilk növbədə Gəncəbasar bölgəsində yerləşdirilməlidir. Hazırda Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarışısını alır. Həmçinin Qarabağda üçüncü ölkələrin hərbçilərinin iştirakına sədd çəkib”.

Mehman
Xəbəri paylaş