Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti müzakirə ediblər



Newscenter.az.13.10.2020. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə "Report"a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

XİN başçıları ötən müddət ərzində görülən işlər və digər məsələlər barədə bir-birlərinə məlumat veriblər.

Vüsalə Abbasova
Xəbəri paylaş