Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən ölkəmizə maraqlı dəstək-VIDEO



Newscenter.az.14.10.2020. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu müxtəlif tədbirlər, aksiyalar, dəyirmi masalar və s. təşkil etməklə işğalçı Ermənistan ordusunun təxribatlarını pisləyir, dövlətimizə və ordumuza öz dəstəyini ifadə edir.

Newscenter.az xəbər verir ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti də bu məqsədlə maraqlı klip hazırlatdırıb. Cəmiyyətin sədri Ayhan Dəmirçinin təşəbbüsü ilə hazırlanmış klip Türkiyəli repçi Ediz Alfanın ifasında səsləndirilir.

“Vur, hadi, Azərbaycan” adlı klipdə Ali Baş Komandan İlham Əliyevin sözlərinə yer verilib, Mübariz İbrahimov, Polad Həşimov, Çingiz Mustafayev, Ramil Səfərov kimi qəhrəman Azərbaycan oğullarının adları çəkilib.

Video ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

//baku.tv/az/dunyaa/26071/


Mehman
Xəbəri paylaş