Newscenter.az.14.10.2020. Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.
Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhvali-ruhiyyə var.
Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb.