Newscenter.az.14.10.2020. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı Alivina Marqosyan Sarkisovnadır. Ermənilərin Azərbaycanda dinc, yanaşı yaşamalarının daha bir təzahürü. Qarabağ işğaldan azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqətlə, sülh və firavan yaşayacaq", - deyə Hikmət Hacıyev yazıb.