Newscenter.az.15.10.2020. “Çox böyük jest etdik vasitəçilərə. Çünki bilirsiniz ki, ilk günlərdən atəşkəslə bağlı bizə müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, müharibənin öz qaydaları var, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən”.
Bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Bildiyiniz kimi, atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq, təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə etmək üçün, bunu istismar etmək üçün bizə yeni hücumlar sərgilədi”.