Prezident: "Ermənistan ordusuna 2 milyard dollar ətrafında ziyan dəyib"
Tarix: 16-10-2020, 18:13
Newscenter.az.16.10.2020. “Bizim hesablamalarımıza görə haradasa 2 milyard dollar ətrafında Ermənistan ordusuna ziyan dəyib. Bu, davam edir”.
Bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Demişəm, Ermənistan rəhbərliyinə də müraciət etmişəm – siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın bu müharibə dayansın, siz də qalan silahlarınızı qoruyun. Yoxsa belə gedərsə onların bütün silahlarını biz məhv edəcəyik” ,- deyə, Prezident əlavə edib.