Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək



Newscenter.az.16.10.2020. “Ermənistanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket zərbəsi endirməsi əsasən, Türkiyə ilə Rusiya arasında danışıqların pozulmasına xidmət edir. Bu həm də Qars müqaviləsinin müddəalarına ziddir və rəsmi Yerevan çalışır ki, Ankara -Moskva qarşıdurma mərhələsinə keçilsin”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu siyasət Rusiyanı provakasiyaya çəkməkdir və Kreml rəhbərliyi Paşinyanın bu avantürist siyasətinə getməyəcək:

“Rusiyanın məhz Qarabağ və Ermənistana endirilən zərbələrlə bağlı Ankara ilə konfrontrasiyaya getməsi özünün geosiyasi maraqlarına ziddir. İlk növbədə Yerevanın bu avantürst mövqeyi Moskvanın Türkiyə ilə sıx iqtisadi-enerji və hərbi-texniki əməkdaşlığına zərbə vurur”.

Politoloq deyib ki, Naxçıvanın münaqişə cəbhəsinə çevrilməsi ilə bu istiqamətdən Əlahiddə Qoşunun rahat şəkildə Laçın dəhlizi və Qubadlı, Zəngilan və bu istiqamətlərdən Ermənistan ordusuna ciddi zərbələr vurmasına imkan yaradar: “Ermənistan düşünür ki, müharibənin miqyasını genişləndirməklə Moskva müdaxilə edəcək. Amma Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək. Necə ki, Azərbaycanın Vardenisdə Ermənistan hərbi bazasına raket zərbələri endirməsinı, Moskva qarışmadı. Naxçıvandan Ermənistanın hücumuna qarşı cavab zərbəsinə Moskva neytral qalacaq”.

Məhəmməd Əsədullazadə bildirib ki, regionda siyasi-hərbi balans Azərbaycanın maraqlarına cavab verir:

“Münaqişənin davam etməsi Qarabağa bundan sonra status verilməsini mümkünsüz edir. Ümumiyyətlə Rusiya Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxartsa da Ermənistan kapitulyasiya sülhünə gəlməyəcək. Moskva bu şəkildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyi daima Ermənistan vasitəsilə təhdid edəcək. Qeyd edim ki, Qarabağla bağlı baza prinsiplərini prezident İlham Əliyev qəbul etsə də, bir müddətdən sonra, bu güzəşt Ermənistana tanınmaya bilər. Ümumiyyətlə Ermənistan heç vaxt Qarabağın Azərbaycanın tərkibində qalması ilə barışmayacaq və 30 il müddətində məhz bu siyasəti davam etdirib. Qarabağda ermənilərə muxtariyyət verilməməli və ermenilərdə bu müharibədən sonra, Qarabağa köçüb azərbaycanlılarla yaşamaq istəməsi polemikadır”.

Mehman
Xəbəri paylaş