Newscenter.az.17.10.2020. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, telefon danışığı zamanı XİN başçıları Ermənistanın humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirdiyini və Gəncə şəhərinə qarşı növbəti qanlı cinayət əməlini müzakirə ediblər.