Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin binası qarşısında Gəncə hadisələri ilə bağlı aksiya keçirilir



Newscenter.az.18.10.2020. Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") şüarı ilə izdihamlı aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Boston, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının aktiv üzvləri iştirak edirlər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, eyni zamanda Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Azərbaycan-Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli aksiya iştirakçıları qarşısında çıxış edərək beynəlxalq təşkilatdan Ermənistanın oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücumun hesabını sormağa çağırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün BMT-yə üzv ölkələr üzərlərinə düşən məsuliyyəti dərk etməli və bu işdə Azərbaycanla birlik nümayiş etdirməlidir.
Xəbəri paylaş