Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın yanında yer aldı"



Newscenter.az.18.10.2020. "Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmaq missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkə Ermənistanın yanında yer aldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Şirnak Konqres toplantısı ərəfəsində xalqla keçirdiyi görüşdə səsləndirib.

Azərbaycanın məcburiyyət qarşısında qalaraq işğal altında olan ərazilərinin azad olunması istiqamətində hərbi əməliyyatlara başladığını deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, çünki 30 il ərzində Minsk Qrupunun həmsədr ölkələri problemin həlli istiqamətində heç bir addım atmayıblar:

"İndi azərbaycanlı qardaşlarımız öz torpaqlarının işğaldan azad edilməsi uğrunda savaşa başlayıblar. Ümid edirəm ki, bu savaşı qalibiyyətlə başa vuracaqlar".

Anar
Xəbəri paylaş