Newscenter.az.20.10.2020. Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnikləri - Aşot Kazaryan və Geqam Qabrielyan məhv edilib.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavinidir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da özünün facebook səhifəsində Kazaryan və Qabrelyanın həlak olmasını kədər hissi ilə vurğulayıb.