Newscenter.az.20.10.2020. Zəngilan rayonu hazırda gedən döyüş prosesində çox böyük əhəmiyyətə malik olan strateji nöqtədir. Xüsusilə də bizə münasibətdə. Çünki, Zəngilan qərbdən Ermənistan, cənuban isə İranla həmsərhəddir.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, artıq Azərbaycan özünün 1991-ci ildə müstəqilliyinə qovuşduğu zaman İranla olan sərhədlərini ilk dəfə tam bərpa etdi:
"Oradan Naxçıvana, Zəngilanın özündən də kiçik bir məsafə qaldı. Eyni zamanda da, düşmənlə sərhəddimizi də işğaldan əvvəlki nöqtəyə ilk dəfə çatdırmış olduq! Artıq məşhur dəhlizin bir qapısı da bizdədir. Həm də, bundan sonra müzəffər ordumuz düşmənə təkcə şərqdən deyil, həm də cənubdan rahat şəkildə hücum edə biləcək. Uca Tanrı, şanlı ordumuzu və onun müzəffər sərkərdəsi də daxil olmaqla, hər bir əsgərini qorusun!
Qarabağ Azərbaycandır, bu günlərdə bütün Azərbaycan da, Qarabağdır!".
Mehman