Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü



Newscenter.az.21.10.2020. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə təqaüdlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Eyyub İsmayıl, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Gülüstan Kərimova və Rəhimə Abbasova, magistratura səviyyəsi üzrə Texniki sistemlərdə informasiya və idarəetmə ixtisasının tələbəsi Pakizə Paşayeva bu ay 1 aylıq təqaüdlərini Fonda bağışlayıblar.

Məlumat üçün bildirək ki, hazırda Bakı Ali Neft Məktəbinin tələbələri və məzunları informasiya savaşının fəal iştirakçıları qismində çıxış edirlər.

Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkə platformalarından istifadə etməklə kiber fəzada olduqca fəallıq nümayiş etdirirlər.

Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri bu kontekstdə fəaliyyəti olduqca səmərəlidir.

R.Mehdiyeva
Xəbəri paylaş