Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən nizamsız qaydada döyüş meydanından geriyə çəkilir



Newscenter.az.21.10.2020. “Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində müdafiə həddi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.
Xəbəri paylaş