Newscenter.az.21.10.2020. Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.
“Report”un yerli bürosu xəbər verir ki, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.
Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.
Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.
Basqın edən şəxs yarım milyon dollar tələb edir.
Bu barədə girovluqda olan şəxslərdən biri bildirib.
Onun sözlərinə görə, hazırda silahlı şəxs 19 nəfəri giovluqda saxlayır və tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir.
Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir