Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Dövlət Komitəsində olub



Newscenter.az.23.10.2020. Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Anadolu Yayımçılar Dərnəyi və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyi ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin dəstəyi ilə Azərbaycanda səfərdədirlər.

Newscenter.az xəbər verir ki, Anadolu Yayınçılar Dərnəyinin rəhbəri, “Millət” xəbər agentliyinin direktoru Sinan Burhanın rəhbərlik etdiyi Türkiyəli jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsininin sədri Fuad Muradovla görüşüblər.

Komitə sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarını dəfələrlə ağır artilleriya atəşinə tutması, mülki əhalini və obyektləri hədəfə alması haqqında danışıb. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların və türkdilli dövlətlərin diasporlarının işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı keçirdikləri etiraz aksiyaları barədə geniş məlumat verib.

O, qardaş ölkənin hər zaman və hər bir məsələdə Azərbaycanın yanında olduğunu qeyd edib. Ermənistanın təxribatlarının işıqlandırılmasında göstərdikləri fədarkarlıqlara görə Türkiyəli media təmsilçilərinə təşəkkürünü bildirib. Komitə sədri əlavə edib ki, münaqişənin əsl mahiyyətinin beynəlxalq mediaya çatdırılmasında qardaş ölkənin jurnalistləri və iri media qurumları əhəmiyyətli əlaqələrə malikdir və aparıcı rol oynaya bilər.

Daha sonra Türkiyəli jurnalistlərin Qarabağ münaqişəsi, cəbhədə baş verənlər, Azərbaycanın haqlı mövqeyi ilə bağlı suallarına cavab verilib.

Mehman
Xəbəri paylaş