Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur



Newscenter.az.24.10.2020. Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.
Xəbəri paylaş