Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar



Newscenter.az.24.10.2020. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən 2020-ci il 24 oktyabr saat 00:00 etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində
xidmət aparılır. Müvəqqəti quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər. Bundan əlavə şöbə əməkdaşları rayon ərazisində də profilaktiki reydlər keçirərək, sakinlərə
həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.

Mehman
Xəbəri paylaş