Newscenter.az.26.10.2020. “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır”, - o qeyd edib.