Hikmət Hacıyev: "Ermənilər meyitlərini götürmək istəmir, xalqın qəzəbindən qorxurlar"
Tarix: 26-10-2020, 20:55
Newscenter.az.26.10.2020. "Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
"Bunu oktyabrın 18-də bəyan etməyimizə baxmayaraq, Ermənistan tərəfi cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır", - o qeyd edib.