Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev: "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"



Newscenter.az.27.10.2020. “Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:

“Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var”.
Xəbəri paylaş