Hikmət Hacıyev: "Ermənistan hərbi itkilərini dinc əhalini öldürməklə kompensasiya edir"
Tarix: 27-10-2020, 18:12
Newscenter.,az.27.10.2020. “Humanitar atəşkəsi pozmaq və davamlı hərbi itkilərini kompensasiyası üçün Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb”, - o bildirib.