Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər
Tarix: 27-10-2020, 18:35
Newscenter.az.27.10.2020. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.
Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.