Newscenter.az.29.10.2020. Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.