Bərdənin raket atəşinə tutması ilə bağlı cinayət işi başlanılıb
Tarix: 29-10-2020, 12:00
Newscenter.az.29.10.2020. “Erməsitan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı tərəfimizdən cinayət işi başlanılıb”.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dünəndən istintaq-əməliyyat qrupu Bərdə şəhərində işləyir və zəruri olan bütün sübutlar toplanılır.