Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir



Newscenter.az.29.10.2020. Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.

Newscenter.az xəbər verir ki, İctimai Nəzarət Qruplarında fəaliyyət göstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyət göstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar. Qeyd edək ki, İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır.

Mərhələli şəkildə fəaliyyət göstərən İctimai nəzarət qruplarının fəaliyyətində pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulsa da hazırki vəziyyətlə əlaqədar olaraq fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edilmişdir.

Son günlər Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması və qismən səfərbərliyin elan olunduğu bu vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı cəbhədən ordumuzun aparığı əməliyyətlarla bağlı videoların yayılması və bunun yaratığı təhlükələr olduqca aktualdır.

Bu səbəblə də, İctimai Nəzarət qrupları cəmiyyət arasında təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, İctimai Nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.

İctimai Nəzarət qrupları müvafiq rayonlar üzrə fəaliyyət göstərməkdə davam edəcək.

Regionlarda fəaliyyət göstərən təşkilatlar:

Avropa Gənclər Parlamenti Azərbaycan (EYP) - Bakı
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB - Bakı
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası – Mingəçevir
Azəri Gənclər Alyansi İB - Bakı
Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB – Beyləqan
Biləsuvar Yeniyetmə və Gəncləri İB – Biləsuvar
Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyasi İB - Bakı
Gələcəyə Körpü GİB – Gəncə
Gənc Vətənpərvərlər İctimai Birliyi - Bakı
Gənclərin Həmrəyliyi İB – Sumqayıt
Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İB - Hacıqabul
Gənclərin Maarifləndirilməsinə Dəstək – Mingəçevir
Gənclərin Sosial İnkişafına Dəstək İB - Astara
Gənclərin Töhfəsi İctimai Birliyi - Bakı
Gəncliyə Dəstək İctimai Birliyi- Zərdab
Göyçay İnkişaf Mərkəzi Gənclər İB - Göyçay
İrəli İctimai Birliyi- Bakı
İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi - İsmayıllı
İşıqlı Gələcək Gənclər İctimai Birliyi – Mingəçevir
Qazax gəncləri - Qazax
Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İB – Lənkəran
Odlar Yurdu Gənclər İB – Gəncə
Şəmkir gəncləri – Şəmkir
Tovuz gəncləri - Tovuz
Türkiyə Universitetləri Məzunları İ.B - Bakı
Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi - Bakı
Yeni Yazarlar və Sənətçilər İB - Bakı

Xəbəri paylaş