Newscenter.az.29.10.2020. Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kasset döyüş sursatları ilə atəşə tutub.
Newscenter.az xəbər verir ki, bu barədə "VICE News" nəşri bildirib.
Nəşrin jurnalistləri oktyabrın 28-də baş vermis hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş sursatlarının qalıqlarını aşkarlayıblar.
“Amnesty International”ın hərbi eksperti Brayan Kastner və Avropa Birliyinin keçmiş hərbi müşaviri Mark Qarlasko təsdiq ediblər ki, döyüş sursatları "Smerç"dən buraxılıb.
Anar TAĞIYEV