Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Human Right Watch” Ermənistanın Bərdəyə kaset bombalarını atdığını təsdiqlədi



Newscenter.az.30.10.2020. “Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır”.

“Report” xəbər verir ki, bu barədə “Human Right Watch”ın hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub.

“Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”, - təşkilatın mütəxəssisi Belkis Ville bildirib.

Həmçinin Bərdə şəhərində 21 dinc sakinin həlak olduğu, 70 nəfərdən çox insanın yaralandığı vurğulanıb.
Xəbəri paylaş