Newscenter.az.31.10.2020. Artıq 30 ildən çoxdur ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam etməkdədir. 1994-cü ildən atəşkəs haqqında razılıq əldə edilsə də, düşmən zaman-zaman öz məkrli niyyətindən əl çəkməmiş, ordumuzun mövqelərini atəşə tutmuş, lakin düşmənin bütün həmlələri anındaca lazımı şəkildə cavablandırılmışdır. Beynəlxalq səviyyədə cəzasızlıqdan arxayınlaşan düşmən 2016-cı ilin aprelində yeni xülyalara düşmüş, buna baxmayaraq, Azərbaycanın güclü ordusu tərəfindən layiqli cavabını almışdır. Nəticədə Azərbaycan bayrağı Lələ təpə yüksəkliyində dalğalanmağa başladı.
Azğın düşmən bu məğlubiyyətlə barışmayaraq, növbəti dəfə hücum etmək, itirilmiş əraziləri geri qaytarmaq niyyətinə düşmüş, bu dəfə isə cari ilin iyun ayında cəbhə bölgəsindən kənar, regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən Bakı – Tbilisi – Ceyhan neft boru kəmərinin keçdiyi Tovuz rayonunu hədəf seçmişdir. Təbii ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və əmri ilə milli ordumuz lazimi hərbi tədbirlər gördü və düşmən biyabırçı şəkildə geri çəkilmək məcburiyyətində qaldı. Ardıyca avqust ayında Ermənistanın ölkəmizə diversant qrupu göndərməsi, onların içüzünü bir daha açmış oldu.
Aytac Əliyeva
YAP Binəqədi rayon Qadınlar Şurasının sədri