Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cenevrə görüşü əvvəlki çoxsaylı silsilə görüşlərdən heç də fərqlənmədi



Newscenter.az.31.10.2020. "Düşünürəm ki, Cenevrə görüşü özünün mahiyyəti və məzmunu ilə əvvəlki çoxsaylı silsilə görüşlərdən heç də fərqlənmədi. Çünki, münaqişənin sülh və danışıqlar yolu ilə həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin konfliktə və onun həlli yollarına yanaşma tərzində heç bir dəyişiklik yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, bildirib ki, danışıqlarla bağlı mövcud tabloya nəzər yetirsək dəyişikliyi sadəcə AR XİN-in rəhbərinin dəyişilməsində görə bilərik:

"Ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi bu qrup doğulandan artıq 23 ildir ki, hər il Anjey Kaspşik təyin olunur.
Görüşün mahiyyətinə gəldikdə isə, həmsədrlərin görüşdən sonra verdikləri bəyanatdan da görünür ki, konkret olaraq münaqişənin həlli ilə bağlı orada ümumi fikirlər səsləndirilib. Daha çox hazırda döyüşlərin aktiv fazası ilə bağlı vəziyyətin dəyişilməsinə çalışılır. Ümumiyyətlə düşünürəm ki, iyirmi ildən artıq bir müddətdə ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində hazırki aktiv döyüşlərin getməsi qurumu çox narahat edir. Görürlər ki, onların uzun illər ərzində nəinki yarıtmaz fəaliyyətləri, fəaliyyətsizliklərinin nəticəsində, işğalçı və terrorçu Ermənistanın çoxsaylı təxribatlarından cana doyan dövlətimiz, əks-hücum yolunu seçərək güc yolu ilə doğma torpaqlarımızı işğaldan azad etmək qərarına gəldi".

Ekspert bildirib ki, Azərbaycanın münaqişənin həllini onlarsız da bacaracağından ciddi narahat olan həmsədrlər etibarsızlığa və etimadsızlığa tuş gəlmiş əvvəlki imiclərini qaytarmağa çalışırlar:

"Ancaq düşünürəm ki, bunun üçün ilk növbədə onlar münaqişənin mənbəyi olan işğalçı Ermənistan tərəfindən artıq 3 dəfə razılaşdırılmış humanitar atəşkəsin tələblərinə riayət edilməsinə nail olmalıdırlar. İşğal problemini isə Azərbaycan dövləti özü müzəffər Ordusunun gücü hesabına həll edəcək!
Uca Tanrı otuz ilə yaxındır ki, guya münaqişənin həlli ilə məşğul olan qoca qurdların planlarını pozan Azərbaycanın mərd əsgər və zabitlərini qorusun!".

Mehman
Xəbəri paylaş