Ermənilər Tərtəri atəşə tutur
Tarix: 1-11-2020, 10:28
Newscenter.az.1.11.2020. Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini yenidən atəşə tutur.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən bu gün saat 09:50 radələrindən başlayaraq, dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.
Ermənilər rayon ərazisinə 30-a yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.