Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Tarix: 1-11-2020, 09:45
Newscenter.az.1.11.2020. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə Newscenter.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.