Newscenter.az.3.11.2020. İndiyədək ümumilikdə 58 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Məlumatda bildirilib ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 159, ötən müddət ərzində isə ümumilikdə 1 379 779 test aparılıb.