Newscenter.az.3.11.2020. “Ermənistan tərəfindən qadağan olunmuş fosfor silahlardan istifadə olunur”.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, artilleriya atışında da ağ fosfor tərkibli mərmilərdən istifadə edirlər: “Məlumdur ki, tərkibində ağ fosfor olan silahlar insanların sağlamlığı üçün ağır fəsadlar törədə bilərlər. Onların bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır. Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın bu kimi silahlardan istifadə etməsinə ciddi münasibət bildirməlidir”.