Hikmət Hacıyev: "Düşmən uşaq bağçasını hərbi qərargaha çevirib"
Tarix: 3-11-2020, 15:37
Newscenter.az.3.11.2020. “Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir”.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sozələrinə görə, Ermənistanın silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri uşaq əsgərlərin olmasıdır: “Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən məktəblərin, hospitalların atəşə tutulması istiqamətində də cinayətkar əməllər yerinə yetirilir. Onlar Azərbaycanın işğal olunumuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”.