Newscenter.az.3.11.2020. “Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz fəaliyyətini davam etdirir. Bu gün də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atılıb”.
Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir: “Bu, ölkə başçısının apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir”.