Hikmət Hacıyev: "Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır"
Tarix: 3-11-2020, 15:15
Newscenter.az.3.11.2020. “Azərbaycan Prezidenti dünyanın aparıcı media orqanlarına 24-dən artıq müsahibə verib. Həmin müsahibələr zamanı Azərbaycan reallıqları dünyanın diqqətinə çatdırılıb”.
Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini də imitasiya etməyə çalışır: “Biz bu kimi müsahibələrdə provakativ sualları da görürük. Ancaq dövlət başçısı tərəfindən reallıqlar olduğu kimi çatdırılır”.