[center]
Newscenter.az.3.11.2020. “Bəzən gözləntilərimiz də olur. Ancaq biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik”.
Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addımbaaddım düşməndən azad edirlər: “Əsgərlərimizin döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.