Newscenter.az.4.11.2020. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan Newscenter.az-a verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında AÇG yatağından 3 057 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) 276 milyon ABŞ dolları gəlir əldə edilib. O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 205 milyon ABŞ dolları təşkil edib.
Sevinc