Newscenter.az.4.11.2020. Kənd Təsərüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC dekabrın 20-30-da Bakının 5 müxtəlif ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 25-I, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Kazım Hüseynovdur. Telefon: (012) 599-86-74.
Təkliflərə dekabrın 4-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.