Hikmət Hacıyev: “Ermənistan yeni hərbi cinayətlər üçün zəmin yaradır”
Tarix: 4-11-2020, 14:39
Newscenter.az.4.11.2020. “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünürdü”.
Newscenter.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.