"Sivasspor" "Qarabağ"la matçdan öncə Azərbaycana dəstək oldu
Tarix: 4-11-2020, 19:37
Newscenter.az.4.11.2020. "Sivasspor" klubu Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı matçdan əvvəl Azərbaycana dəstək olub.
"Report" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda Azərbaycan və Türkiyə bayraqları asılıb.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.