Newscenter.az.4.11.2020. Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkari əyalətində PKK terrorçularının zərərsizləşdirildiyini bildirib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, Şəmdinli ərazisində aşkarlanan 2 PKK terrorçusu məhv edilib. Nazirlik sonra tvitter səhifəsində daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata görə, terrorçular hücuma hazırlıq görürmüş.
Milli Müdafiə Nazirliyi terror qruplaşmasına qarşı əməliyyatların davam etdirildiyini bildirib.