Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıların lideri də Şuşanın azad olunduğunu etiraf etdi



Newscenter.az.9.11.2020. Separatçı Dağlıq Qarabağ "Respublikasının" lideri Araik Arutunyan Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunduğunu etiraf edib.

Newscenter.az armeniasputnik.am-a istinadən xəbər verir ki, bunu Arutunyan özünün facebook səhifəsində qeyd edib.

Xəbərdə bildirilir ki, Araik Arutunyan Xankəndində bir neçə hərbi birləşmənin rəhbəri ilə görüşüb. Görüşdə Şuşadan Xankəndinə doğru irəliləyən Azərbaycan Ordusunun qarşısının alınması məsələləri müzakirə edilib.

Mehman
Xəbəri paylaş