Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda komendant saatını pozan sürücüyə xəbərdarlıq atəşi açıldı



Newscenter.az.12.11.2020. Bakıda sürücü komendant saatını pozub.

Bu barədə Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.
Xəbəri paylaş